Ru
17:55 / 15 Oktyabr 2021

“Bu vaxta qədər Bakıda belə sərgi olmamışdı” - Şahbaz Xuduoğlu

5271
“Kitaba marağın az olduğunu düşünmürəm. Əksinə, Bakıda maraq həddindən artıq çoxdur. Yalnız Bakı deyil, Azərbaycanın hər yerindən bizə yazırlar ki, burada da sərgi təşkil edin”.

Bakupost.az xəbər verir ki, bunu "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu İctimai Televiziyanın efirində yayımlanan "Diqqət Mərkəzi” verilişində deyib.

Naşir qeyd edib ki, təşkil etdikləri Milli Kitab Sərgisində 40 minə yaxın adam iştirak edib:

”Bakıda ilk dəfə naşirlərin və yazarların müstəqil şəkildə təşkil etdikləri Milli Kitab Sərgisi keçirildi. Sərgiyə 40 minə yaxın adam gəldi. Düşünmürəm ki, kitaba maraq azdır. Əksinə Bakıda maraq həddindən artıq çoxdur. Yalnız Bakıda deyil, Azərbaycanın hər yerindən bizə yazırlar ki, burada da sərgi təşkil edin. Milli Kitab Sərgisində çoxlu endirimlər, tədbirlər var idi. Hər saatda bir məsələ ətrafında panel təşkil olunurdu. Hər gün hansısa bir yazarla imza saatı keçirilirdi. Eyni zamanda, musiqiçilər də sərgidə iştirak edirdi. Ümumiyyətlə, sərgidən ayrılan hər kəs onu çox gözəl abu-havası, yaddaqalan bir sərgi kimi xatırlayır.

Bu doğurdan da kitab ətrafında olan bir bayram idi.

Bura 50 mindən çox kitab gətirilmişdi. İngilis, türk, rus və xüsusən də Azərbaycan dilində kitablar var idi.

Hələ bu vaxta qədər Bakıda belə möhtəşəm, xüsusən də müstəqil nəşriyyatlar tərəfindən təşkil edilmiş tədbir olmamışdı. Buna hamı ilk deyir, uğurlu alınmasına sevinir. Ümid edirəm ki, bunu Azərbaycanın hər yerinə daşıya biləcəyik. Eyni zamanda Bakıda təkrarən daha böyük formatda, daha böyük yerdə keçirəcəyik”.


Ətraflı videodan izləyə bilərsiniz:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər