23:01 / 06 Sentyabr 2021

Bu Xalq artistinə hələ də məzar daşı qoyulmayıb

2179

Xalq artisti Səməd Səmədovun məzar daşı hələ də qoyulmayıb.


Bakupost.az xəbər verir ki, tez-tez sosial mediada da bu barədə paylaşımlar edilir, onu sevənlər isə bunun sənətçiyə olan qiymət kimi dəyərləndirirlər.


Hətta bildirilir ki, məzar daşının qoyulmamasına səbəb onun ailəsinin maddi vəziyyəti ilə bağlıdır. Sənətçinin məzar daşınının qoyulmaması ilə bağlı Mədəniyyət Nazirliyinin susqunluğu da müzakirələrə yol açıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi hələ ki, açıqlama verməyib. Əldə etdiyimiz məlumata görə, mərhumun ailəsi bununla bağlı nazirliyə müraciət də ünvanlamayıb.


Qeyd edək ki, müğənni 24 iyul 2021-ci ildə vəfat edib. Onun bir neçə gün öncə 40 mərasimi baş tutub.

Bəsti Məmməd

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Əzim Cabarov

    Bakıda məzar daşı həmişə mərhumun vəfatının 1 ili tamam olanda qoyulub. ona görə də heç kim öz adətlərini başqalarına sırımasın.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər