Bu yolda rənglənmə işləri aparılır

849
 
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır aparılır.

Bu barədə BakuPost-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, sürücülərdən yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər