Ru
12:45 / 02 Sentyabr 2022

Builki MİQ imtahanlarının fərqi... - “Maksimum şəffaflığa çalışılır”

3111
“Əvvəlki illərə görə bu il MİQ imtahanı mütəşəkkil keçirilib. Bunu iki məsələyə bağlamaq olar. Birincisi, imtahan keçirənlər daha çox təcrübə qazanıb, əvvəlki illərdəki texniki problemlə aradan qaldırılıb. Eyni zamanda KİV vasitələrində, Təhsil Nazirliyinin saytlarında MİQ imtahanına hazırlıq proqramları, resursları təqdim olunub”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.


Ekspert ötən gün keçirilən MİQ imtahanlarını belə dəyərləndirib:




"Artıq bir neçə ildir müəllimlər təhsil müəssisəsinə MİQ imtahanı vasitəsilə seçilir. Ötən illərdə MİQ imtahanlarında müxtəlif texniki problemlər yaşanırdı. Bəzən test mərhələsində sistem donurdu, müəllimlər suallardan şikayət edirdi. Lakin bu il imtahan daha müətəşəkkil hazırlandı. Namizədlər daha yaxşı hazırlaşaraq iştirak edirdi. Ən yaxşı müəllimlərin seçilməsidə əslində məktəb və cəmiyyət qazanır. Bəzən MİQ imtahanlarına qarşı çıxanlar da olurdu. Lakin ən yaxşılarının seçilməsinin başqa yolu yoxdur. Burada təkcə test imtahanı deyil, müsahibə mərhələsi də var. Dolayısı ilə həm bilik, həm də bacarıqlar ölçülür. Müsahibə mərhələsində bütün proses qeydiyyata alınır. Maksimum şəffaflığa çalışılır”.


E.Süleymanov qeyd edib ki, son illərdə pedaqoji ixtisasa qəbul olan abituriyentlərin də balları kifayət qədər artıb:


“Yəni, daha savadlı kontingent müəllim olmaq istəyir. Bu yaxınlarda sertifikasiya imtahanında 50%-dən artıq toplayan müəllimlərin maaşının 30%, həmçinin mütəmadi olaraq təhsil müəssisələrində çalışanların maaşlarının artırılması istiqamətində görülən işlər bu sahəni cəlbedici etməyə başlayıb. Həm məktəb direktoru, həm müavini, həm də müəllimlər son illərdə kifayət qədər maaş artımını görürlər. Bu artımla birlikdə, keyfiyyət artımının olması müəllimlərin prosesə cəlb olunması ilə bağlıdır. İstər məktəb direktorlarının, istərsə də müəllimllərin işə qəbul prosesinin imtahanla olması tədrisin keyfiyyətinin artmasına səbəb olur".


Fərid
Baku Post


Həmçinin oxuyun:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər