Ru
17:43 / 23 May 2019

Bulvarda fləşmob keçiriləcək - “Himnimizi birgə oxuyaq!”

2818
Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü ilə əlaqədar fləşmob təşkil edəcək.

 

Bu barədə Bakupost-a qurumun mətbuat katibi Günay Yelmarqızı məlumat verib.



O bildirib ki, 28 May - Respublika günü münasibətilə "Himnimizi birgə oxuyaq!” adlı layihə çərçivəsində vətəndaşların, gənclərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni Bulvar ərazisində canlı ifa olunacaq. 

 

G.Yelmarqızı əlavə edib ki, layihəyə təşkilati dəstəyi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti verəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər