10:10 / 15 Noyabr 2021

"Buna görə təhsilini yarımçıq qoyanlar az deyil" - Komitə sədri

1308
"Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının 80 milyon manatdan 102 milyon manata çatdırılması təhsilə göstərilən qayğının nümunəsidir".

Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B. Əliyev bildirib ki, bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən təhsilini yarımçıq qoyanlar da az deyil. Təhsil Tələbə Krediti Fondu tərəfindən veriləcək təhsil krediti hesabına əhalinin aztəminatlı təbəqələrindən olan belə gənclərin təhsilə əlçatanlığı təmin ediləcək. Fondun nizamnamə kapitalının 80 milyon manatdan 102 milyon manata çatdırılması isə daha çox tələbəyə təhsil almaq imkanı verəcək.


Qeyd edək ki, Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu bu ilin iyul ayında Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılıb.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər