Ru
13:06 / 12 Sentyabr 2019

Buraxılış imtahanının nəticələri açıqlandı

1478

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.


BakuPost.az
-a Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.


Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:


http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov


Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər