Ru
13:15 / 23 May 2019

"Burdan çıxıb o qanı yalayacam, qisasımı alacam" - 16 İL CƏZA ALAN ŞƏXSİN SON SÖZÜ

3509
 

Şamaxıda sevgilisini öldürməyə cəhdə təqsirləndirilən Şirzad Əsədovun məhkəməsi bitib.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 16 il azadlıqdan məhrumetmə cəzası verilib. 

 

O, məhkəmədə son sözlə çıxış edib: "Mən insanam, Allahını tanıyan biriyəm. Pis əməllərim olsa da, insan öldürmərəm. Mən qansız adam deyiləm. İstəsəydim, Zöhrənin başını ayağımın altına qoyub kəsərdim. Amma bunu etmədim. İmkanım da var idi. Mən illərlə həbsdə yatmışam. Vərəmi də həbsxanada tapmışam. O qədər ağılsız adamam ki, yenidən həbsə düşüm? Amma adamın sevdiyinə, dəyər verdiyinə toxunanda özünü saxlaya bilmir. Mən xəyanəti bağışlaya bilməzdim. Burdan çıxacam. Mən o qanı yalayacam, qisasımı alacam".


Hadisə ötən il Şamaxı rayonunun Meysəri kəndində baş verib. 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.


Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adamöldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər