Ru
16:46 / 04 Dekabr 2021

Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır

1517
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 832 vaksin vurulub.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə aşılananların sayı 5 346 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 26 597 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 588 915 nəfər təşkil edir.

Ümumilikdə isə 991 210 buster doza vurulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər