Ru
17:58 / 16 İyul 2019

"Böyrəyimiz 10 minə satdım, qan qrupum uymadı, qaldı" - MƏHKƏMƏDƏN

2051
 

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun məhkəməsi davam edib.


Bakupost.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş  Fərid Qocayev deyib ki, böyrəyini 10 min manata satmağa razılaşıb, lakin qan qrupu uyğun gəlmədiyinə görə satış alınmayıb: "Böyrəyimi maddi problemlərim olduğu üçün satmaq istəyirdim. Bibim oğlu Zaur Tağıyev də böyrəyini satmışdı, fikirləşdim ki, bu yolla bəzi problemlərimi həll edə bilərəm. Vahablə tanış etdilər. Onunla birlikdə "Elmed” klinikasına gedərək qan analizi verdik. Oradan çıxıb birbaşa pasport almağa getdik. Vahab 160 manat verib, bir günə mənə  pasport aldı. İki gün sonra taksi ilə məni və başqa bir nəfəri İrana göndərdi. Ora çatanda gördük ki, özü də bir qadın və oğlu, bir nəfər də nisbətən yaşlı kişi ilə birlikdə gəldi. Mənim böyrəyim qadının oğluna, Ceyhunun böyrəyi isə həmin yaşlı kişiyə köçürülməliydi. Bizi müayinə edən iranlı həkim Mohsen Tahiri mənim qan qrupuna görə, Ceyhunun isə səhhətindəki başqa bir problemlə əlaqədar donor ola bilməyəcəyimizi dedi”.


Proses iyulun 19-da davam edəcək.


Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.


Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.


Cinayət işində 27 zərərçəkmiş var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər