Böyük Britaniya İlham Əliyevin əfv sərəncamını alqışladı

379


Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözcüsü Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.


Xarici İşlər Nazirliyinin sözcüsü ONA agentliyinə açıqlamasında deyib ki, bu, müsbət və təşviq edici bir addımdır, gələcəkdə də belə addımların atılmasını gözləyirlər.


Açıqlamada qeyd edilib ki, Azərbaycan insan haqları və demokratiya mövzusunda əlavə tədbirlər görməyi və özünün beynəlxalq öhdəliklərini yerinə yetirməyi nəzərdə tutur: "Bu baxımdan Böyük Britaniya Azərbaycanla əməkdaşlığa davam edəcək”.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər