Zaqatalada çayda boğulan 53 yaşlı kişinin meyiti helikopter vasitəsilə çıxarılıb.
Bakupost.az -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 1968-ci il təvəllüdlü Abdulbari Müslüm oğlu Abdulxalıqovun meyiti FHN-in helikopteri vasitəsilə Katex çayından çıxarılıb.
Qeyd edək ki, Abdulbarı Abdulxaliqov səhər saatlarında çayı keçmək istəyərkən suda boğulub və onun meyitini çıxarmaq mümkün olmamışdı.