Ru
20:33 / 15 Sentyabr 2019

Cəbhə bölgəsində gənc ananın 3 övladı dünyaya gəlib

1800
Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib.

BakuPost-un
"Qafqazinfo"ya istinadən məlumatına görə, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub.

Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər