Ru
16:00 / 09 Oktyabr 2019

Cem Yılmaz Bakıya gəlir

3411

Türkiyənin məşhur komediya ustası, aktyor və şoumen Cem Yılmaz Bakıda “Diamond Elite Platinum Plus” stand up şousu ilə çıxış edəcək.

BakuPost xəbər verir ki, möhtəşəm konsert proqramı 16-17 noyabr tarixlərində Bakı Konqres mərkəzində baş tutacaq.

Yumoristik çıxışları ilə məşhurlaşan Cem Yılmaz həmçinin bir çox filmlərdə də çəkilmiş və Türkiyə şou-biznes aləminin ən tanınan simaları siyahısında yer tutub.

Tanınmış şoumenin izləyiciləri onun Bakıya səfərini səbirsizliklə gözləyirdilər. Cem Yılmaz bizim paytaxta bir neçə dəfə dəvət olunsa da, razılıq baş tutmamışdır. Və nəhayət bu gözəl hədiyyəni sənətkarın Bakıdakı auditoriyasına TOPAZ bəxş etdi! Cem Yılmazın möhtəşəm konsert proqramı da məhz TOPAZ brendinin dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər