Ru
11:18 / 26 Aprel 2019

Ceyhun Bayramov Çində oxuyan azərbaycanlılarla görüşdü

1705

 

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Təhsil naziri Chen Boasheng ilə görüşüb.

 

Nazirlikdən Bakupost.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.


Həmin gün Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə sözügedən universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.


Daha sonra Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.

 

Ceyhun Bayramov Çində oxuyan azərbaycanlılarla görüşdü
Ceyhun Bayramov Çində oxuyan azərbaycanlılarla görüşdü
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər