15:07 / 12 Oktyabr 2021

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşdü - FOTOLAR

299
12 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edildi.

XİN-dən Bakupost.az -a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulandı, və stateji münasibətlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə iki ölkə arasında arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunuldu və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olundu.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş etdi.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşdü -  FOTOLAR
Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşdü -  FOTOLAR
Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşdü -  FOTOLAR
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər