Ru
12:55 / 23 İyul 2020

"Çığıran mumiya"nın 3 min illik sirri açıldı - FOTO

4083
3 min illik mumiyanın sirri tapılıb.

"BakuPost"un məlumatına görə, 2 əsr öncə aşkar edilən mumiya üzündəki ifadəyə görə "acı çəkən mumiya" və ya "çığıran mumiya" kimi təqdim edilir. Məlumata görə, mumiya şahzadəyə məxsusdur.

Misir arxeoloqları və radioloqlarının apardıqları uzun illik araşdırmadan sonra şahzadənin ölüm səbəbi də bəlli olub. Misirli şahzadə 3 min il öncə ürək tutması nəticəsində ölüb.

O, damar sərtləşməsi və xroniki ürək xəstəliyindən əziyyət çəkib. Adı bilinməyən şahzadənin ölümü ani olub.

Professor Zahi Havassın sözlərinə görə, onlar ölən şəxsin cansız bədəninin saatlar sonra tapıldığı ehtimal edilir. "Bu da bədənin qatılaşmasını üçün kifayətdir. Bunun üçün də mumiyalama işini görənlər qadının ağzını qapada bilməyiblər. Bununla da ölüm anındakı üz ifadəsi qorunub".

Xatırladaq ki, "çığıran mumiya" 1881-ci ildə Luksordakı kral məzarlığında aşkar edilib. O ayaqları çarpazlanmış, ağzı açıq, başı əyilmiş formada olub. Mumiyanın sarıldığı parçadakı yazıları araşdıran arxeoloqlar onun Firon Meret Amonun bacısı olduğunu müəyyən ediblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər