Ru
21:42 / 18 Oktyabr 2019

"Çin energetika sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır" - Səfir

1812
"Çin enerji mənbələrinin kəşfiyyatı və istismarı istiqamətində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır".


BakuPost-un
“Report”a istinadən məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min jurnalistlərə bildirib.

“Çin ilə Azərbaycan arasında iqtisadi və ticarət sərmayələri, enerji, kənd təsərrüfatı və s. kimi bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Gələcəkdə Çin enerji sərvətlərinin kəşfiyyatı və istismarı, infrastruktur, şəbəkə və informasiya texnologiyaları, kənd məhsullarının ixracatı kimi sahələrdə Azərbaycanla əməkdaşlığı artırmağa hazırdır”, - deyə o qeyd edib.


Səfir deyib ki, cari ilin iyun ayının sonuna olan məlumata görə, Çin Azərbaycandakı neft-qaz hasilatı sənayesinə 800 milyon ABŞ dollarından artıq sərmayə yönəldib.


Q.Min həmçinin Azərbaycanda Çin şirkətləri üçün daha əlverişli sərmayə mühiti yaradılacağına ümidvar olduqlarını da dilə gətirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər