Çin koronavirusla mübarizəyə 9,56 milyard dollar ayırıb

  • 08 Fev 2020 23:03
  • 19517 Baxış
Çin koronavirusla mübarizəyə 9,56 milyard dollar ayırıb


Çin yeni koronavirusun səbəb olduğu pnevmoniya ilə mübarizə üçün 66,74 milyard yuan (hazırkı məzənnə ilə 9.56 milyard dollar) səfərbər edib.


BakuPost marja.az-a istinadən bildirir ki, bunu Çinin maliyyə nazirinin müavini Yuy Veiypin açıqlayıb.



O, qeyd edib ki, müvafiq məbləğdən 28,48 milyard yuan (Təxminən 4,08 milyard dollar) artıq xərclənib. Qurum rəsmisinin sözlərinə görə, bu vəsaitlərin təqribən 25% -i dövlət büdcəsi hesabına təmin edilib.


"Ayrılan vəsait koronavirusla mübarizədə subsidiyaların verilməsi, həmçinin tədqiqat işlərinin aparılması və ən vacib mal və ərzaq ehtiyatlarının toplanması üçün istifadə olunur. Maliyyələşdirmə bütün bölgələr tərəfindən təmin edilib"- deyə, nazir müavini əlavə edib.




X