Ru
23:57 / 05 Dekabr 2021

COVID-19-un müalicəsində yeni dərmandan istifadə olunacaq

1436
Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı “Lagevrio”) geniş tətbiqinə başlanılacaq.

Bakupost.az xəbər verir ki, ölkə mətbuatının yaydığı xəbərə görə, onun xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır.

Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, molnupiravir ABŞ-ın “Merck və Ridgeback Biotherapeutics” şirkətləri tərəfindən hazırlanıb.

Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər