Ru
00:26 / 19 Sentyabr 2019

Dubayı bombalamaqla hədələdilər

2240
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri şəhərləri – Əbu-Dabi və Dubaya hücum etməyə hazırıq.

BakuPost-un
xarici mediaya istinadla məlumatına görə, bu sözləri Yəməndəki husi üsyançılarının nümayəndəsi general Yəhya Səria “Əl-Cəzirə”yə açıqlamasında deyib.

“Biz ilk dəfə elan edirik ki, bizim hədəfimizdə BƏƏ-nin onlarla obyekti, o cümlədən Dubay və Əbu-Dabi kimi iri şəhərləri var. İstənilən uyğun vaxtda hücuma keçə bilərik”, - deyə general bildirib.

Qeyd edək ki, Yəmənin şimal ərazilərinə nəzarət edən husi üsyançıları Səudiyyənin neft obyektlərinə dron hücumu həyata keçirmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər