Ru
21:27 / 12 Avqust 2019

Deputatın ticarət mərkəzi üzə çıxdı - Sənəd

3058
"Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Azər Badamov Qusarda ticarət mərkəzi tikdirib". BakuPost  arqument.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Milli Məclisin deputatı Azər Badamov  sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib: "YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib".

Jurnalist bildirib ki, Azərbaycan Repsublikasının Konstitusiya görə, Milli Məclis deputatlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir, lakin vəzifəli şəxslər və deputatlar qanunvericiliyə əməl etmirlər.

Azər Badamov isə yayılan məlumatla bağlı açıqlama verməyib.

 


 

 
Deputatın ticarət mərkəzi üzə çıxdı -  Sənəd
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər