Ru
17:24 / 15 Yanvar 2020

Daha bir erməni təxribatının qarşısı alındı

1748
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

BakuPost-a DSX-dan daxil olan məlumata görə, yanvarın 15-də saat 16:00 radələrindən başlamaqla Qazax ra­yo­nunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.


Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər