11:29 / 16 Noyabr 2021

Daha bir məktəb əyani tədrisə qayıtdı

460
Bu gündən etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakupost.az -a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər