Ru
00:37 / 27 Fevral 2020

Daha bir ölkə İrana aviareysləri dayandırır - Martın 1-dən qüvvəyə minəcək

1574
Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır.

BakuPost.az-ın məlumatına görə, Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib ki, İranda olan Qazaxıstan vətəndaşları martın 1-nə kimi ölkəyə qayıda bilərlər.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, biletləri təhvil verməyə çağırmışdı.

O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər