Ru
12:44 / 07 İyul 2020

Daha bir ölkədə "TikTok" qalmaqalı - Şəxsi məlumatlar satılır

5079
Dünyanın ən böyük ölkəsi sosial şəbəkədə yeni axın olan "TikTok"u qadağan edə bilər.

"BakuPost"un məlumatına görə, bu barədə açıqlamanı ABŞ-ın dövlət katibi Maykl Pompeo verib.

Pompeo mərkəzi Çində yerləşən bu tip tədbiqlərinin ümumiyyətlə, yasaqlanması məsələsinin gündəmdə olduğunu bildirib.
Onun sözlərinə görə, başda "TikTok" olmaqla, belə tədbiqləri yükləyən şəxslər təhlükə altında ola bilərlər:

"Bu insanlar şəxsi məlumatlarının Çin Kommunist Partiyasına satılmasını da gözə almalıdırlar".

"TikTok"un şəxsi məlumatları toplaması ilə bağlı məsələ daha öncə də gündəmə gəlmişdi. Şirkət Amerikadan olan istifadəçilərinin məlumatlarının elə bu ölkənin özündə toplandığını və heç bir təhlükənin olmadığını açıqlamışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər