Ru
01:14 / 20 Fevral 2021

Daha bir qaziyə vəzifə verildi FOTOLAR

1904
Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə Vətən Müharibəsi qazisi Zamiq Adil oğlu Mənsimli həmin şöbənin müdiri təyin olunub.

Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən müharibəsində iştirak edib. O, ağır döyuşlərdən birində yaralanıb. Z.Mənsimli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər