Ru
19:16 / 29 Noyabr 2020

Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi FOTOLAR

2054
Bu gün Biləsuvar rayonunda daha bir şəhid ilə vida mərasimi keçirilib.

Hərbi xidmət keçmiş və müqavilə əsasında işləyən hərbçi (MAXE) Xəlilzadə Əmrah İnqilab oğlu dəfn olunub.

Şəhidin dəfnindən əvvəl keçirilən vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və qohumları iştirak edib.

Mərasimdən sonra Ə.Xəlilzadə Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim edilib.

Allah rəhmət eləsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər