Ru
15:10 / 20 Yanvar 2021

Daşnaksütyun təmsilçisi Qarabağda - Sülhməramlılar hara baxır? - FOTO

2056
Azərbaycanın sərt xəbərdarlığından nəticə çıxarmayan Ermənistan siyasətçiləri Qarabağa icazəsiz səfərlərini davam etdirirlər.

Son iki gün ərzində Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan Xankəndi şəhərində olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, daşnak Saqatelyan Qarabağdakı qanunsuz qurumun oyuncaq “xarici işlər naziri” David Babayan, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, müxtəlif ictimai-siyasi şəxslər, o cümlədən keçmiş “yüksək çinlilər”lə görüşüb. “Aravot” qəzeti yazıb ki, Daşnaksütyun təmsilçisi ilə Qarabağ terrorçularının başçısı Araik Arutyunyan da görüşmək istəyib.

Ancaq Saqatelyan bu təklifə mənfi cavab verərək, Nikol Paşinyanın siyasi tərəfdarı ilə danışmağa sözünün olmadığını deyib.

Bunlar ermənilərin öz davasıdır və bizimçün o qədər də əhəmiyyət kəsb etmir. Amma bu davanın Azərbaycan ərazisində aparılması və ermənilərin müxtəlif oyunbazlıqla məşğul olmaları heç cür qəbul oluna bilməz. Görünür, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində qaldıqca və Azərbaycan sərhədçiləri nəzarəti öz əlinə almadıqca Ermənistandan bu kimi səfərlər davam edəcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər