Ru
12:34 / 23 May 2019

Dəmiryol Vağzalında QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır

2020
Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.


Bakupost Report-a istinadən xəbər verir ki, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.


Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:


"Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir. Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.

                
Dəmiryol Vağzalında  QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər