12:03 / 05 Avqust 2021

Deputat 300 nəfərlik toy qalmaqalından danışdı: ”O foto bizə aid deyil”

5857
"Qızımın toyunda 300 nəfər iştirak etməyib, karantin qaydası da pozulmayıb. Bütün şadlıq evlərində olduğu kimi, həmin toyda da monitorinq aparılıb".

Bunu Bakupost.az -a millət vəkili Novruzəli Aslanov yayılan xəbərlərə münasibət bildirərkən deyib:

"Toy məclisində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara zidd hər hansı bir fakt və ya pozuntu aşkar edilməyib. Toyda 46 nəfər olub. İştirak edənlərdən soruşub araşdıra bilərsiniz".

Deputat bildirib ki, toydan yayılan görüntülər onların keçirdiyi şadlıq sarayına aid deyil:


"Saytlar qızımın toyu və şadlıq sarayının görüntüləri ilə bağlı şəkil də paylaşıb. O görüntülər bizim şadlıq sarayına aid deyil. Həm də bəy və gəlinin şəklini də düzgün verməyiblər. Onlar mənim övladlarım deyil".




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər