Ru
13:26 / 28 Noyabr 2020

Deputat işğaldan azad olunan Ağdama getdi

2372
Milli Məclisin deputatı Aqil Abbas işğaldan azad olunmuş Ağdam şəhərinə baş çəkib.

Millət vəkili Ağdamdakı vəziyyətlə tanışlıq üçün doğma torpaqlarına yollanıb.

Deputat viran edilmiş Ağdamda gördükləri haqqında mediaya ətraflı məluat verəcəyini söyləyib.

Xatırladaq ki, Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb.

Qeyd edək ki, deputat 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə üzv seçilib. Hazırda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Mədəniyyət komitəsinin üzvüdür./Modern.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər