Deputatın bu gün həbs olunan oğlu - FOTOLAR

  • 19 Avq 2019 18:25
  • 2782 Baxış
Deputatın bu gün həbs olunan oğlu  - FOTOLAR
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı barəsində bu gün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

BakuPost xəbər verir ki, o, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.  

Mirhəmid Nərimanlı özünü vergi orqanlarına "Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib.

Qeyd edək ki, deputatın qardaşı oğlu Orxan Nərimanlı barəsində də məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. M. Nərimanlı, O. Nərimanlı və bir neçə başqa şəxs Lerikdə yerləşən "Relax” istirahət mərkəzinə gələn vergi  əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilirlər. 

"Qafqazinfo” M. Nərimanlının fotolarını əldə edib. Həmin fotoları təqdim edirik: