Ru
11:40 / 17 Oktyabr 2019

Deputatın oğlu qaladan yıxılıb öldü - FOTO

3219
MHP-li millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.

BakuPost.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib.

Araşdırma zamanı gənclərin 70 metr hündürülükdən düşdükləri məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. Nəticədə gənclərdən bir ölüb, digəri yaralanıb.

Ölən gənc MHP sədrinin müavini Semih Yalçının oğludur. Yaralı gənc dövlət xəstəxanasına yerləşdirilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər