16:10 / 11 Noyabr 2021

Deputatlar ruslardan narahat deyil: "Büstlərinin qarşısında heykəllər qoyacağıq"

9022
Xəbər verdiiymiz kimi, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.

Layihədə silsilə xiyabanlar salınması nəzərdə tutulur.

Bəs sual olunur: sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə bu abidə və büstlərin qoyulması, xiyabanların salınması nələrdən xəbər verir?

Məsələ ilə bağlı millət vəkili Aqil Abbas Bakupost.az-a bildirib ki, bu, sülhməramlıların təxribatıdır:


Orada sadəcə 5 il qalmaq üçün sənədlər imzalanıb. Həmin tarix bitəndən sonra gedəcəklər. Qaldı ki, orada olan büstlərin qoyulmasına, biz büst, abidə dağıtmağı xoşlamırıq. Həmin abidələrin önündə onlardan da gözəl, yəni bəstəkarlarımızın, alimlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın abidələrini də biz orada qoyacağıq. Bu məsələ bir az sülhməramlılarının elədiyi təxribatdır. Amma sülhməramlılar gəldikləri kimi də gedəcəklər. Biz Şuşaya Azərbaycan bayrağını sancmışıqsa, deməli, hər yerdə bayrağımız dalğalanacaq. Cənab Prezident əli ilə Xankəndini göstərib dedi ki, ora da bayraq sancacağıq. Eyni zamanda Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov bir maşın medal gətirib. Muradovun orada nə işi var? Millətimiz belə şeyə görə narahat olmasın. Onlar cavablarını alacaqlar”.

Millət vəkili Fazil Mustafa bildirib ki, büstlərin qoyulmasının hər hansı bir şəkildə Azərbaycana təhdid yaradan tərəfi yoxdur:

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Rusiya tarixi və mədəniyyətinin görkəmli simalarına büst qoyulması, mədəni komponentləri qabardılması, əslində, bu prosesi ümumi mədəni tədbirlər istiqamətində apardıqlarını göstərir.

Çünki orada olan yazarlar, düşüncə adamları yaxud da sərkərdələrlə bağlı Azərbaycanda problemli məsələ yoxdur. Bizdə də Puşkin adına müəyyən yerlər, orada nəzərdə tutulan şəxslərin müəyyən bir hissəsinin abidəsi var. Yəni, sovet dövründən qalan miras olaraq büstləri qoyulub. Rusiya ədəbiyyatının nəhəngləri olduğuna görə hər hansı bir problem bizdə yaranmır”.



Millət vəkili vurğulayıb ki, ümumilikdə bu, məsələnin Azərbaycanın razılığı alınmadan edilməsi yanlış bir addımdır:

“Bu kimi məsələləri mütləq Azərbaycanla məsləhətləşib etməlidirlər. Təbii ki, Azərbaycan buna müəyyən dərəcədə icazə verəcək. Çünki söyədiyim kimi Rusiya hərbi birliklərinin burada sülhməramlı funksiyasından başqa bir funksiyası yoxdur və ola da bilməz. Əgər bunun başqa niyyətlərlə edilməsi aydın olarsa, o zaman Azərbaycan tərəfi bu məsələdə öz mövqeyini bildirəcək. İndiki vəziyyətdə hələ ki, sülhməramlılar burada fəaliyyət göstərirlərsə, hər hansı bir şəkildə bu məsələdə bir narahatçılıq üçün əsas yoxdur. Əgər orada bir erməni abidəsi, Azərbaycana qarşı müəyyən bir mesajlar verilməsi düşünülərsə, o zaman Azərbaycan öz sərt mövqeyini bildirəcək və bunun aradan qaldırılmasına çalışacaqdır. Eyni zamanda bu ərazidə Rusiya sülhməramlılarının Azərbaycanla razılaşmadan hansısa bir addımlar atmağına da imkan verməməliyik. Çünki onların mandatı Azərbaycandan asılıdır. Rusiya sülhməramlıları Azərbaycanda bu kimi fəaliyyətləri genişləndirsələr, onların bölgədə yerləşməsi ilə bağlı məsələdə Azərbaycan özünün sərt mövqeyini ifadə edəcək. Amma indiki vəziyyətdə buna əsas və lüzum yoxdur”.


Fəridə Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    COMƏRDLİ XAMYA QAYASINA:ermənilərlə rusları qarışdırmaq olmaz.Rus dövləti,məlumdur ki,bizim tarixi düşmənimizdir.Ancaq bunu rus xalqına aid etmək olmaz.Bizim Demokratik Cümhuriyyətin liderlərindən olan Cavanşir bəy Behbudovun xanımı milliyyətcə rus idi.Həmin qadın sanadək ərini müdafiə etdi.erməni-rus bolşevikləri Cavanşir bəyi qətlə yetirdikdən sonra həmin qadın yaşamaq üçün Moskvaya -qohumlarının yanına qayıtsa da ərə getmədi.Özünün dediyinə görə,əri Cavanşir bəyi kiminləsə dəyişmək istəməmişdi.

  • Comərdli Xamaya qayası.

    Bəs anaları,nənələri,babaları,xalaları,dayıları,qohum əqrabaları rus olanların adlarını niyə çəkmirsiniz?

  • Niyaməddin

    Biz xalq olaraq bütün rus ayılarının hərəkətlərini lənətləyirik, etiraz edir, dövlətimizdən dərhal bu həyasızlıqların yığışdırılmasına göstəriş verməsini tələb edirik! Qələbə eyforiyası ilə başı qarışanlar Xocalımızı, Xankəndimizi, Qarabağımızı unutmasınlar! Rus ayılarının vətənimizdə hansı soyqırımlar, qətliamlar, talanlar həyata keçirtdiyini heç kim unutmamalıdır! Türk hərbi bazaları dərhal Azərbaycanda qurulmalıdır! Türk sülhməramlı qüvvələri dərhal Azərbaycana dəvət olunmalıdır!

  • t.ədalət

    Aqil Abbasın fikirləri istisna olmaqla digər deputatların dedikləri mənasız yanaşmadır.Rusiya Qarabağda özünə aid büst,yaxud abidə qoyursa,bu,Putinizmin təzahürüdür.Ruslar ,görünür,tarixi keçmişlərinə qayıtmaq,Azərbaycanı işğal təhdidi ilə təqib etmək istəyirlər.Rusiya görür ki,bizim nazirlər,baş nazirin müavinləri erməni uşaqlarıdır,hələki onlara dəymirik,ona görə də bildiklərini edirlər.Xilas yolu,anası,arvadı və bacısı erməni olan nazir və məmurları təcili vəzifələrdən uzaqlaşdırmaqdır.Unutmaq olmaz ki,ilan həmişə ilandır,məqamı gələndə səni çalacaq.Vəzifələri tutan ermənilər də elə.

  • xəstə

    xəstələr

  • Əzim Cabarov

    Bu heykəl mənə Sovet əsgərinin Berlində qucağında uşaq və əlində qılınc olan heykəlini xatırlatdı. Hər halda məkrli hərəkətlər istisna deyil.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər