Ru
17:45 / 17 Fevral 2020

Deputatlığa namizəd olan jurnalistlər Real TV-dən uzaqlaşdırıldı - YENİLƏNİB

3503
Tanınmış teleaparıcı İlqar Mikayıloğlu və həyat yoldaşı, hüquqşünas, aparıcı Zülfiyyə Bayramova ilə də Real TV-nin yolları ayrılıb.

"BakuPost" xəbər verir ki, onların müqaviləsi bitib və Real TV rəhbərliyi müqaviləni yeniləməyib. Bunun üçün də işlərinə xitam verilib.

****
Real TV-nin deputatlığa namizəd olmuş iki əməkdaşı, Əməkdar jurnalistlər - Ləman Ələşrəfqızı və Afət Telmanqızı televiziyadakı işindən uzaqlaşdırılıb.

BakuPost xəbər verir ki, onlar seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib. Seçki prosesi bitdikdən sonra isə müqavilənin vaxtı uzadılmayıb.

Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ, A.Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairələrindən deputatlığa namizədliyini irəli sürmüşdü.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər