Ru
14:59 / 21 Yanvar 2019

Dərs keçirilməyən 2 günə görə müəllimlərin maaşı kəsiləcək? - RƏSMİ

2584

Hava şəraitinin pisləşməsi ilə əlaqədar 17-18 yanvar tarixlərində ali və orta məkltəblərdə təlim-tərbiyə prosesinin dayandırılması ilə əlaqədar müəllimlərin maaşlarının kəsiləcəyi barədə xəbər yayılıb. 


Təhsil Nazirliyindən BakuPost-un bununla əlaqədar sorğusuna cavab olaraq bildirilib ki,  mövcud əmək qanunvericiliyinə uyğun olaraq qeyd olunan tarixlər üzrə (yanvarın 17-si və 18-i) işçilərin əməkhaqqı ödəniləcək.


Qeyd edək ki, yanvarın 16-da təhsil naziri Ceyhun Bayramov "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və tədrislə bağlı tədbirlər təxirə salınıb. Əmr bütün ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə aid olub. Eyni zamanda ali məktəblərdə imtahan və kollokviumlar da iki günlük təxirə salınıb.


Azər

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər