Ru
15:24 / 25 Yanvar 2021

Dərslərin hansı qaydada keçiriləcəyi açıqlandı

2333
Fevralın 1-dən ibtidai siniflər üçün ənənəvi tədrisin bərpa edilməsi ilə bağlı təlimat məktubları artıq bütün məktəblərə göndərilib.

Dərslər bu təlimatlara uyğun qurulacaq.

Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, dərs cədvəllərini hər bir məktəb özü quracaq:

"Pandemiya səbəbindən karantin rejimində tətbiq edilən əvvəlki qaydalara uyğun olaraq ibtidai siniflər üçün tədris bərpa ediləcək. Dərslərin hansı günlər keçirilməsi isə nümunəvi cədvəllərə uyğun olacaq və hər bir məktəb öz cədvəlini özü quracaq. Cədvəllər yəqin ki, bu həftə ərzində bəlli olacaq və valideynlərə açıqlanacaq"./Axar.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər