19:53 / 14 Oktyabr 2021

Dərsliklər necə hazırlanır? - Nazir müavini açıqladı

979
"Mən deməzdim ki, məktəblərdə dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı hər zaman xüsusi planları var. Hansı dərsliklər ki, yenidən çap olunmalıdır, onlar çap olunur".

Bakupost.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşən dərsliklər qanunvericiliyə əsasən dörd ildən bir yenilənir: "Bu istiqamətdə işlər daim davam edir. Çap olunan dərsliklər şagird sayı nəzərə alınaraq tirajlanır".

"Dərsliklərin hazırlanması ciddi prosesdir. Çünki vəsaitlərin hazırlanması üçün mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Prosesdə həm müvafiq ali təhsil müəssisələri, həm Dövlət İmtahan Mərkəzi, həm də Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə aid dərsliklərin hazırlanmasında həmin sahənin mütəxəssisləri mütləq iştirak edir və nəticədə dərslik ciddi ekspertizadan keçirilir", - nazir müavini qeyd edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər