Ru
12:21 / 15 Dekabr 2020

Diaspor interyerinin yeni dizaynı: hay-tek üslubu və lobbiçilik komponenti

6826

















Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru -
Diaspor məsələləri üzrə ekspert





Birinci yazı.
Giriş və gözləntilər

Diaspor ən təbii resurs kimi etnik genefondun mühafizəçisidir. Diasporlar “özünüdərketmə və özünüidarəetmə platforması” vasitəsilə milli kimliklərini qoruyub-saxlayır, dil, adət-ənənələrini yaşadır və gələcək nəsillərə ötürməsinə vəsilə olurlar. Diaspordan lobbiçiliyə keçid isə bu amillərlə yanaşı, proseslərə müdaxilə və problemləri həll etmək imkanına malik olmaqdır. Milli təhlükəsizlik və dünyəvi inkişaf kontekstində mühümlülük dərəcəsinə görə tükənməməsi, əksinə zənginləşdirilməsi həyati vacib əhəmiyyət daşıyır və bunun üçün ideologiya və strategiya SMART (Konkretlik –Ölçülə bilən –Əldə edilə bilən –Aktuallıq –Zaman məhdudluğu) kateqoriyaya uyğun qurulmalıdır.

Məhz Azərbaycan diasporun interyeri yenidən dizayn edilərək hay-tek üslubun tətbiqinə başlanılmalı və lobbiçilik komponenti əlavə olunmalıdır.

Vətən müharibəsi və Azərbaycan diasporu

Şahidi olduq ki, 44 günlük Vətən müharibəsindən “üzü ağ çıxan” dövlət qurumlarından biri də Diasporla İş üzrə Dövlət Komitəsi oldu. Komitə bu minimum müddət ərzində maksimum şəkildə öz fəaliyyət istiqamətləri, vəzifə və hüquqları çərçivəsində effektiv nəticə göstərməyə çalışdı və bunu novatorcasına bacardı.

Komitə kiçik heyəti ilə böyük Azərbaycan diasporunu müsəlləh dəstəyə, potensial qüvvəni real gücə çevirə bildi. Təkcə Azərbaycan diasporunu - xarici ölkələrdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi deyil, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını da bu haqq işinə sövq etdi.

“Dəmir yumruq” hərbi əməliyyatı zamanı ön cəbhədə döyüşən Azərbaycan ordusu, ölkə əhalisi ilə birgə-bərabər arxa cəbhədə vuruşan isə Azərbaycan diasporu oldu və “Polad iradə” sərgilədi. Dünya azərbaycanlılarını vahid məqsəd - Ana Vətən naminə “Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi” prinsipi ətrafında birləşdirməyi bacaran Komitə “Zəfər günü”nün qazanılmasına maddi-mənəvi güc verdi. Sərhədlər daxilində ədalət savaşı, hüdudlar xaricində sülh çağırışı ilə tandem təşkil etdi. Düşmənin qara piarına, saxta xəbərlərinə (fake news) və onlara dəstək verən KİV-ə, sarı mətbuata (yellow press) qarşı planlı iş görüldü. Dünya ictimaiyyətinə və beynəlxalq aləmə “erməni yalan maşınının təhlükəli mexanizmi” ifşa olundu.

Təbii ki, Azərbaycan xalqının bütövlüyünü ehtiva edən bu unikal sahə - diasporla iş dövlət maraqlarımız və milli təhlükəsizliyimiz üçün həyati vacib əhəmiyyətə malikdir. Komitənin rəhbərliyinin belə həssas məqamda üzərinə düşən vəzifələrə məsuliyyətlə - ultravətənpərvər və peşəkar yanaşması, diasporçular arasında ayrı-seçkilik qoymaması və ictimai mənşəyindən asılı olmayaraq hamını bir amala səsləməsi əldə edilən müvəffəqiyyətin əsas şərtidir.

Komitənin sədri Fuad Muradov qurumun fəaliyyətini rəsmi tələblər çərçivəsində səmimi atmosferdə təşkil etməklə mərkəzi icra hakimiyyəti orqanını sözün əsil mənasında “effektiv dövlət orqanı statusu” ilə təmin etdi. Komitənin əməkdaşlarının gücləndirilmiş rejimdə işləmə həvəsi və bacarığı olduqca təqdirəlayiqdir. Bu dövrdə vaxtlı-vaxtında dünya azərbaycanlılarına və Azərbaycana dost münasibət bəsləyən xalqların diasporuna “Yol xəritəsi” mahiyyətli müraciətlərin edilməsi, diplomatik korpusla dövlət maraqlarına uyğun qarşılıqlı əlaqələrin qurulması və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun diaspor təşkilatları ilə yanaşı, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin başqanı Abdullah Erenlə, Rumıniyanın Dövlət katibi, Xaricdəki Rumınlar Departamentinin rəhbəri Ovidiu Burduşa və İsrailin Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşü diaspor fəaliyyətinin dönüş mərhələsi kimi dəyərləndirə bilərik.
Bir sözlə, qalibiyyətimizdə yeri və rolu olan dünya azərbaycanlılarının səfərbərliyinin hazırlığı və təşkili məsələləri düzgün həyata keçirildi.

AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə (22.10.2020) müsahibəsindəki aksonometiriya
qeyd edilənlərin rəsmi şəkildə təsdiqidir:
“Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımıza minnətdaram”.
Qarşıdakı yeni inkişaf mərhələsində dövlət-diaspor münasibətlərinə yanaşma belə operativ və obyektiv olarsa, faydalı iş əmsalından düzgün istifadə edilərsə və mövcud tələblərə uyğun idarəetmə təkmilləşdirilərsə, bu sahədən gələcək gözləntilər özünü doğruldacaqdır.

Nəzəri yanaşmalar və praktiki proseslər

Diaspor sosial-mədəni hadisə olub müxtəlif cəhətlərə malik etnik-milli məzmunun məcmusudur. Diaspor anlayışına konseptual şəkildə yanaşmaq, təhlil etmək və onun tədqiqinə ayrı-ayrı nəzəri-praktiki məsələləri vahid bir sistem halına gətirmək yerli və xarici tədqiqatçılar tərəfindən daim cəhd edilir. Mütəxəssislər diasporu "yeni həyat tərzinin davranışı" adlandırırlar. Diasporlar yalnız tarixi vətənlərindən kənarda olan icmalara şamil edilir. Hazırda beynəlxalq aləmdə diasporlara marağın və diqqətin çox olduğunu söyləmək mümkündür. Faktiki olaraq müvafiq hərəkat sürətlə dəyişən iqtisadi və siyasi şəraitdə əhalinin miqrasiyasının adi vərdiş halına gəldiyi bir dövrdə geniş vüsət alır - "yenidən doğuş yaşayır".

Bu gün heç kim daha yaxşı bir həyat axtaranların transatlantik axınları ilə təəccüblənmir. Daha parlaq və daha rahat bir gələcək üçün ayrılmaq, tarixi vətənlə birləşmək üçün inşa edilən körpülərin kərpicini sökmək olduqca çətindir və buna görə miqrantlar qrup halında bütövləşirlər, icmalar yaradırlar:
- məhz milli diaspor inteqrasiya mərhələsindən əziyyət çəkmədən kömək edir. Diasporlar dedikdə, müəyyən bir etnosu, milləti, doğma ərazilərindən kənarda yaşayan bir xalqın “ümumi maraq - tək amal” ətrafında toplayan vətəndaş cəmiyyəti nəzərdə tutulur.
Diaspor kollektiv rəhbərlik təklif edən bir sosial-mədəni modeldir. Bu kollektiv istinad nöqtəsi mənşə ölkəsinin kommunikativ davranışıdır (intuitiv rabitə kodu mənşə ölkəsi ilə eyniləşdirmə, kollektiv yaddaş və s.). Burada şəxslərin əsas elementi dəyər dünyalarının harmoniyası, dəyər sisteminin özəlliyidir. Xüsusilə, müəyyən mənəvi keyfiyyət yönümlərinin sıralanma mövqeyi (prioritet və üstünlük), müqayisəli mənası, aksioloji əlaməti ("dəyərlər" və ya "anti-dəyərlər") sistemidir.
İstənilən cəmiyyətin bu "yeni öyrənilmiş" üzvlərinin prioritet və üstünlükləri, aksioloji əlaməti "dəyərlər" və ya "anti-dəyərlər"ə münasibətləri ilə ölçülür. Diaspor üzvləri ilə ev sahibi ölkənin nümayəndələri arasında mədəniyyətlərarası əlaqə önəmlidir.
Eyni zamanda, diaspor nümayəndələrinin ünsiyyət və mədəniyyətlərarası bacarığı da birbaşa nisbətdədir.
Qeyd etmək lazımdır ki, mədəniyyətin öyrənilməsi eyni zamanda əsas şəxsiyyət daşıyıcıları ilə diaspor üzvləri arasında yaxın (evlilik, qohumluq) əlaqələrin yaranması diaspor cəmiyyətinə nüfuz etməyə imkan verir.

Məsələn, assimilyasiya konsepti qəbul etdiyi təqdirdə spesifik xüsusiyyətlərini itirən şəxslər də bu zonaya aid edilə bilər. Ehtimal olunur ki, kənar bölgənin barometr və ötürücülüyü diasporalar da birbaşa mütənasib bir münasibətdədirlər.
Diaspor bir sistem olaraq sabitdir və ətraf mühitin xarici təsirlərinə və daxili çətinliklərə davamlıdır. Stabillik ümumiyyətlə qabiliyyət kimi başa düşülür ki, bu da daxildə yaranan dağıdıcı təsirləri yatırtmaq üçün sosial sistem təşkil edir. Yalnız, möhkəm durmağı bacaran qüvvə xarici dağıdıcılığı dəf etmək iqtidarındadır.

Münasibətlər exodus (diaspor institutları) tərəfindən müvafiq şəkildə öyrənilir. Xarici təhdidlərə qarşı duruş gətirmək və üstəlik, “sabitlik” mütləq dəyişməz deyildir, baxmayaraq ki, onu müəyyən bir hala daxil edə bilər. Diasporun göstərilən xüsusiyyətləri sistemin struktur xüsusiyyətlərinin nəticəsidir - onun rahatlığı və hərəkətliliyi ilə rabitə təşkil edir. Bundan əlavə, özünü inkişaf etdirən sosial sistem olaraq diaspor yeni icmaları çoxaldır.
Yeni çağırışlar sosial və rabitə şəbəkələrinin yenilənməsini qaçılmaz edir.
Beləliklə, diaspor xarici və daxili çağırışlara cavab olaraq daim dəyişməyə məhkum olur. Bunu edərkən istiqaməti proqnozlaşdıran nüanslara təsir edən bir çox amillərin olması səbəbindən diasporada dəyişikliklərə məruz qalır. Onun qeyri-bərabər şəbəkə quruluşu son dərəcə mürəkkəbdir. Burada mürəkkəb sistemlərin xüsusiyyətlərindən biri özünü göstərir - gözlənilməzlik.
"Diaspor - mənşə ölkəsi" xətti boyunca münasibətlər çoxyönlü ola bilər. Əvvəla diasporlar elə etməlidir ki, daim yüksələn xətlərlə irəliləsinlər. Bunun üçün assimliyasiya yolunu deyil, inteqrasiya yolunu seçməlidirlər ki, onları bu təhlükədən yalnız bu işıqlı yol xilas edə bilər.

Proseslərin mövcudluğu - assimilyasiya və fiziki yaşlanma diaspor üzvlərinin bir hissəsinin itirilməsini nəzərdə tutur. Yeni üzvlərin axınının olmaması sistemin sadələşdirilməsinə səbəb ola və diasporun fiziki cəhətdən məhv olmasına gətirib çıxara bilər. Lakin diasporanın mövcudluğu, axın olmadan mümkündür - icmalarda əlverişli demoqrafik vəziyyət nəzərə alınmaqla və əsas xüsusiyyətin ötürülməsi üçün qurumların məhsuldar işləməsinə nail olmalıdır.

Digər yaşayış bölgələri əsas götürülə bilsə də, diaspor üzvünün əsas şəxsiyyətini müəyyənləşdirən mənşə ölkəsidir. Bu yöndə,“diaspor mədəniyyət baxımından fərqlidir, ümumi vətən ideyasına əsaslanan və bunun üzərində qurulan cəmiyyət kollektiv ünsiyyətin, qrup həmrəyliyinin və nümayişkaranə münasibətin əsasıdır”.
Etnik kimliyin qorunması və ən əsası ana dilinin mühafizəsi labüddür.

Bir diasporun nə olduğu sualına cavab konkret olaraq belədir:
– miqrant birliklərini "bir dövlət daxilindəki dövlətlərə" çevirən eyni tarixi köklərə malik cəmiyyətlərin toplusudur. Beləliklə, hər hansısa diasporun mövcudluğu yalnız diaspordaxili münasibətləri deyil, eləcə də "diaspor - mənşə ölkəsi" və "diaspor - yaşayış ölkəsi" əlaqələrini nəzərdə tutur.

Diasporlar – "mənşə ölkəsi" və "yaşayış ölkəsi" arasında sosial-mədəni, hazırda isə siyasi-iqtisadi cəhətdən lokomativ finksiyasını daşıyırlar. Bəzi müəlliflər diasporların "üstünlüyü və həddən artıq güclənməsi" haqqında danışanda mövcud olduğu cəmiyyətdə ehtiyatı əldən vermir və gələcəkdə dominanta çevirilməsinə eyham vururlar.

Ancaq bu heç də belə deyil. Diasporların fəaliyyət strategiyası yaranma səbəb və nəticəsindən birbaşa asılıdır. Təbii xüsusda, spontan, yəni, heç bir xarici təsir olmadan öz-özünə meydana çıxan diasporlar milli və bəşəri nöqteyi-nəzərdən daha səmərəli, xoşniyyət və sülhpərvər olurlar. Ümumilikdə, diasporlar qarşılarına qoyduqları məqsəd və vəzifədən doğan fərqli cəhətləri özündə birləşdirir. Bununla, açıq–qapalı, aşkar–gizli, pozitiv–neqativ, xeyirxah–bədxah və s. qüvvələrin cəmidir.

Ağ və qara niyyətli diasporların təsnifatı

Bu yazıda iki diaspor haqqında - əks qütblü, qoşa və qarşı taleyi paylaşan Azərbaycan və erməni diasporları ilə bağlı müəyyən mülahizələr yürüdəcəyik. Azərbaycan diasporunun tarixin diqtəsi ilə siyasiləşməsi, lobbiçiliyə doğru irəliləməsi zəruriliyinə dair bir sıra təklif və tövsiyələri qeyd edəcəyik. Diasporun ağ və qara rənglərini, tərəflərini göstərməyə çalışacağıq.
Bununla, diasporun dağıdıcı ünsür kimi, təxribat-pozuculuq fəaliyyətini biz erməni diasporunun timsalında görə bilirik. Tarixin müxtəlif dönəmlərində olduğu kimi, bu məkrli hərəkət yüksələn xətlə davam etdirilir. Çünki, xisləti yalandan-şərdən-böhtandan yoğrulub.
Təsadüfi deyil ki, vaxtilə İngiltərənin Xarici işlər naziri Lord C.Kerzon erməni liderlərini "dəyərsiz kimsələr" adlandırırdı. Həmin nazirliyin müşaviri C.Hardinq isə ermənilərin xarakterini yaxşı bildiyindən onların hərəkətlərinə təəccüblənmədiyini söyləmişdi.
Eyni zamanda, Ermənistanda ABŞ-ın Ali komissarı polkovnik U.Haskel erməni xalqını "peşəkar dilənçi" kimi səciyyələndirərək yazırdı: “ermənilər oğru, yalançı, tamamilə alçalmış, özlərinə yardım göstərməyi bacarmayan və bir-birlərinə kömək etmək istəməyən və hər cür minnətdarlıq duyğularından yoxsul olan kimsələrdilər; erməni xalqı arasında yurd duyğusu olmadığı kimi, ölkəni idarə etmək qabiliyyəti, inkişaf üçün pul və mənbə də yoxdur; qaçqınlar üçün açılan xəstəxanalardakı naxoşlara muzdla baxan ermənilər dava-dərmanları oğurlayaraq satırlar və s”.

Türkiyə Cümhuriyyətinin Prezidenti Bakıda Zəfər Paradındakı çıxışında Ermənistana məkirli diaspordan qurtulmağın "çıxış yolu"nu göstərdi: "Ermənistan xalqının da özlərini yalanları ilə ovunduraraq yoxsulluğa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik".

Sərhəd təxribatı və diaspor səngəri

Əslində, Azərbaycanın Tovuz rayonu istiqamətində diversiya törədən Ermənistan dövləti müasir reallıqlar fonunda tarixi səhvini edərək Azərbaycan dövləti ilə yanaşı diasporu qarşısında da parlaq üfüqlər açdı və yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirdi. Azərbaycan diasporunun – dünya azərbaycanlılarının fəaliyyətlərinin formatının dəyişməsi və siyasiləşməsi, yəni, daspordan lobbiyə keçid mərhələsi baş verdi. Bu istiqamətə doğru irəliləmələr müşayət olunsa da, bu hadisə birbaşa keçidə təkan oldu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya daxil olması və 44 gün davam edən müharibədə bu açıq-aşkar hiss olundu. Bir çox ölkələrdə ənənəvi tədbirlərlə yanaşı, qeyri-ənənəvi, yəni, həmin dövlətlərin rəsmi şəxslərini, parlamentarilərini, senator və konqresmenlərini, yerli orqanlarını Azərbaycana qarşı haqlı münasibət bildirmələrinə nail olundu. Bir sıra ölkələrin nüfuzlu elm adamları, ictimai-siyasi xadimləri Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini ifadə etdilər və Gəncə daxil, digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı ermənilərin vandalizmi aktını pislədilər.

Eləcə də, Xarici işlər naziri C.Bayramovun ABŞ-a səfəri ilə bağlı qitədə ən qocaman təşkilatımız olan Amerka Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azərinin rəsmi sosial şəbəkə hesabından müraciəti – Dövlət Katibi M.Pompeoya xitabı və ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldilməsi lobbi addımı kimi dəyərləndirilə bilər. Eyni zamanda, BMT-nin Baş Qərargahının qarşısındı soydaşlarımız və həmvətənlərimizin “Qarabağ azərbaycandır!” ədalət və sülh prinsipinə söykənən mövqeli şüarla aksiya təşkil etmələri üstünlük sayıla bilər.

Azərbaycan Respublikası keçmiş çar Rusiyası və SSRİ ailəsinin üzvü olduğuna və uzun müddət həmin ailənin tərkibində olduğu dövrdə xaricə çıxışa məhdudiyyətlər qoyulduğuna görə azərbaycanlıların əksəriyyəti MDB dövlətlərində məskunlaşmışlar. Bu xüsusda, birbaşa xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması, dolayısilə Azərbyacan diasporunun hərəkət fəaliyyətlərinin müdafiəsi üçün ilk növbədə Rusiya və digər possovet ölkələrinin aidiyyatı qurumları ilə müvafiq anlaşma müqavilələri imzalanmalıdır.

Diasporun strukturu düzgün qurulsa, sistem olaraq öz funksional hədəfləri ilə faydalı iş əmsalını artırar. BMT-nin bərabərhüquqlu subyektləri kimi, münasibətlər qurulmalı və humanitar mübadilələr həyata keçirilməlidir.
Məsələn, Azərbaycanın Rus İcması, Rus Pravoslav Kilsəsi Bakı və Xəzəryanı Yeparxiyası mövcuddur. Burada ruslar (malakanlar) abad kəndlərdə mehriban, multikultural, tolerant şəraitdə rahat və cəmiyyətin bir üzvü kimi yaşayırlar. Digər xalqların milli icmaları vardır: cəmiyyətin tam hüquqlu üzvü kimi, sərbəst – bərabər hüquqlü yaşayırlar.

Bununla yanaşı, didərgin salınmış 50 min nəfərədək Məshəti türkü də 1990-cı ildə Orta Asiyadan Azərbaycanda sığınacaq tapmışdır.
Hətta, qeyri-rəsmi statistikaya görə ölkəmizdə 50 minə yaxın erməni yaşayır.
Məhz zəngin palitralı - polo etnik vədini konfessiyalı dövlət olaraq, bütün bunlar Ermənistanın sımasında dünyaya görk etdirilməli və beynəlxalq ictimaiyyətin nəzər-diqqətinə çatdırılmalıdır. Nüfuzlu KİV-də bu faktları isbatlayan verilişlər ərsəyə gətirilməlidir.
Rusiyanın keçmiş Prezidenti və hazırda Federal Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “PolitStartap” layihəsinin iştirakçıları ilə görüşdə Azərbaycan - Ermənistan münaqişəsindən danışdığı zaman Rusiyada Azərbaycan və Ermənistandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq etməsi və “Mənə elə gəlir ki, hüquq-mühafizə orqanlarımız istiqamətləndirilməlidir, ölkə daxilində bu mövzu zorakılıq və hər hansı toqquşma üçün səbəb yaratmamalıdır. Diasporlar da bu məsələdə öz məsuliyyətlərini hiss etməlidirlər” deməsi hərəkətə keçmək üçün stimul olmalıdır.

Çünki, qaragüruh erməni diasporu ilə eyniləşdirilməyimiz məyusedici və adekvat reaksiyanın verilməsinə vəsilədir ki, reallığı faş edək. Yəni, tədbirlər görülməli və Rusiya cəmiyyətində multikulturla, tolerant keyfiyyətlərimiz, humanist və sülhpərvər imicimiz bərpa olunmalıdır.

İkinci yazı.
Qalib diasporun perspektiv iş planı: nəticə və təkliflər

Azərbaycan diasporunun interyerinin dizayn edilməsi tarixi zərurətdən irəli gələn ən ümdə funksiyadır. Burada ən prioritet məsələ lobbiçilik elementlərinin və hədəflərinin müəyyənləşdirilməsidir.
Lobbiçilik qruplarının səmərəli fəaliyyəti üçün həmin cəmiyyətlərdə sayılıb-seçilən azərbaycanlıların nüfuzundan - adından layiqli şəkildə yararlanmaq gərəkdir. Çünki, həmin şəxslər artıq dünya və ayrı-ayrı dövlətlərdə Azərbaycanın milli brendinə çevriliblər - qızıl genefondu kimi qəbul edilirlər. "Qafqaz Sülh Evi" modelinin inteqrasiya məsələləri Diasporla İş üzrə Dövlət Komitəsinə həvalə edilməsi məqsədəuyğundur. Bununla yanaşı,
1. Diasporla işi koordinasiya edən qurumun funksiyalarına yenidən baxılmalı, "fəaliyyət, vəzifə, iş planı, xarici təzahür bir münasibət sistemində bir cismin xassələri" və müəyyən qurumlar ilə qarşılıqlı əlaqələrin həyata keçirilməsi, diaspor təşkilatları nəzərə alınmalı və həmin qurumlarının funksiyaları ilə eynilik təşkil edilməsi;
2. Diaspor məlumat axtarış sisteminin istənilən elementində ən azı bir "çıxış" və bir "giriş" vardır ki, onun əhatə dairəsinin genişləndirilməsi;
3. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, həmvətənlər və xaricdə yaşayanlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyi (Rossotrudniçestvo) arasında əməkdaşlıq memorandumunun imzalanması; Qeyd: Agentlik diaspor sahəsi üzrə Rusiya Federasiyasının icraedici hakimiyyətinin federal orqanıdır. “Rossotrudniçestvo” MDB-nin bütün ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir.
4. Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilmiş şəxslərdən ibarət “Azərbaycanın dostları beynəlxalq klubu”nun təsis edilməsi;
5. Kərim Kərimov adına Azərbaycan-Rusiya elmi Cəmiyyətinin qurulması;
6. Müslim Maqomayev adına Azərbaycan-Rusiya mədəni-humanitar Assosiasiyasının təsis edilməsi;
7. Fransada Nərimanbəyov adına və ABŞ-da Lütfizadə adına Azərbaycan Evinin açılması;
8. Beynəlxalq təşkilatlar yanında Azərbaycana dəstək dərənəklərinin təşkil edilməsi;
9. Dünya azərbaycanlılarının “Zəfər” qurultayının keçirilməsi və yeni mərhələ üçün strategiyanın müəyyənləşdirilməsi;
10. “Zəfər” yeni nəsil dünya azərbaycanlıları beynəlxalq assambleyasının təsis edilməsi.
SMART yanaşmanın tətbiqi nəinki bilikləri sistemləşdirməyə, eləcə də mövcud müşahidələrin müəyyən müddəalarını düzəltməyə, yeni tədqiqatlar üçün vektorlar verməyə imkan verir. Belə tətbiq sistematik yanaşma zamanı daha səmərəli olur. Əks təqdirdə pərakəndəliyə yol açır və ümumi işin ziyanına işləyir.

Birincisi, elementar bir nüvənin ayrılmasını nəzərdə tutur- sistemləri (sistem-kompleks təhlili). Ayrılma metodu üçün elementlər sistemin bir başa və ya dolayı yolla sistemə əlavə olunan belə minimal komponentləri kimi başa düşülür.
İkincisi, bunun elementləri arasındakı daxili əlaqələri və asılılıqları müəyyənləşdirmək lazımdır- tədqiq olunan sistemin daxili quruluşu (quruluşu) haqqında bir fikir əldə etməyə imkan verən sistem (sistem-struktur təhlili).
Eyni zamanda, sistemin bütövlüyünü və xüsusiyyətlərini təmin edən keyfiyyət xüsusiyyətlərini (sistemin inteqrasiya təhlili) vurğulamaq vacibdir. Hər hansı bir sistem müəyyən məqsədləri və yerinə yetirmələri ilə yaranır və müəyyən funksiyaları mövcuddur. Beləliklə, buyan aşma hədəfləri müəyyənləşdirməlidir.

İstər yeni növ koronavirus pandemiyası şəraitində, istərsə də sərhəd təxribatı zamanı bir daha məlum oldu ki, Azərbaycan dövlət-diaspor halqası möhkəmlənməlidir. Çünki, bu milli güc-qüvvət, bir sözlə, cahanşümül inkişaf üçün həyati-vacib əhəmiyyət daşıyır. Tarixilik və müasirlik baxımından dövlət-diaspor tandemi olduqca strateji mahiyyət kəsb edir.
Artıq mahiyyətcə və keyfiyyətcə yeni dövrünü yaşayan, tarixin sınaqlarından çıxmış Azərbaycan diasporu özünün mütəşəkkillik və möhkəmlənmə dövrünə qədəm qoymuşdur. Diasporun qüdrətini müəyyən etmək üçün müxtəlif ərazilərdə yaşayan və müvafiq qrumlarda təmsil olunan, birləşən həmvətənlərimizin ümumi məqsədlər və milli mənafe əsasında vəhdətinin olması bu sahədə əsas şərtlərdəndir. İlk dönəmlərdə görülən məqsədyönlü tədbirlər isə bunu deməyə əsas verir ki, ölkə sərhədlərinin hüdudlarında məskunlaşan soydaşlarımız və xaricdə fəaliyyət göstərən diaspor potensialımızın Azərbaycan həqiqətləri ilə birlikdə yaşaması və fəaliyyət göstərməsinin təməli qoyuldu.

Bununla, Azərbaycan nə qədər güclü olsa, daxildəki vətəndaşlarla yanaşı, xaricdəki soydaşlarımız da özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər. Dünyanın müxtəlif yerlərində məskunlaşan azərbaycanlılar nə qədər güclü olsa, milli maraqlarımız da bir o qədər mühafizə olunacaq, qorunacaqdır. Ona görə də, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, məqsədyönlü işlərə fəal şəkildə cəlb edilməsi olduqca arzuolunan bir məsələdir. Azərbaycan diasporu öz ruhu, dəsti-xətti ilə hərəkət etməli, təkrarçılığa yol verməməlidir. Vahid idealogiyaya və strategiyaya uyğun fəaliyyət göstərməlidir.
XXI əsr açıq müharibələrin deyil, qapalı milli məfkurələrin mübarizəsi, ideyaların savaşı və beyinlərin toquşması ilə xarakteriktdir. Azərbaycan diasporunun bu yöndə hazırlıq səviyyəsini yüksəltmək gərəkdir. Estafet lobbiçiliyə ötürülməli və buna doğru revanş edilməlidir.

Dünyada azərbaycanlıların həyat tərzinə çevrilən multikultural dəyərlər, tolerantlıq keyfiyyətləri görk edilməlidir. Nümunəvi obraz yaradılmalıdır. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi sinxron fəaliyyət göstərməlidir. Heydər Əliyev Fondunun geniş spektrli imkanlarından yararlanılmalıdır. Azərbaycan Diasporuna Dəstək Fondunun klasterigenişlənməli və donorların hədəf qrupu düzgün müəyyənləşdirilməlidir.

Azərbaycan xalqının ümummilli lideri və baş ideoloqu Heydər Əliyevin müdrikliyinin və uzaqgörənliyinin bir daha təsdiqi, vəsiyyətinin mənəvi və siyasi varisi, qətiyyətli dövlət başçısı İlham Əliyev tərəfindən yerinə yetirilməsi, onun rəhbərliyilə müzəffər Ordumuz tərəfindən Qarabağın azad olunması Azərbaycan diasporunun vəhdətinə zəmin yaratdı. Məhz bu prizmadan gələcək fəaliyyətə yaxınlaşıb, yeni müstəviyə çıxmaq lazımdır.

Qarşıdan Dahi Heydər Əliyevin təşəbbüsü və qərarı ilə qəbul edilən “31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü” gəlir, məhz 2020-ci ildə biz bu tarixi “Zəfər”lə qeyd edəcəyik. Gələn il isə həmin günün təsis edilməsinin 30 ili tamam olur. Əlamətdar hadisənin 30 illiyini “Zəfərli günlərlə”və Qarabağ həsrətinin sonu, quruluş və qayıdış paralelliyində silsilə tədbirlərlə fəxarət və qalibiyyət hissi ilə keçirəcəyik.

Qazanılan “Zəfər” bizi arxayın salmamalıdır: çünki biz, sərsəm ideologiya ilə üz-üzəyik və aksent gedişat növbəti fazaya daxil olub. Unutmamalıyıq, “yeni ərazilər üçün yeni müharibə” prinsipinin dirijoru Ermənistan dövləti olsa da, ifaçısı erməni diasporudur. Bunun üçün biz qarşıda daha məqsədyönlü davranmalı və tədbirli olmalıyıq. Bu məsələdə, Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük yük düşür və Azərbaycan diasporunun qarşısında uzun yol dayanır.

Bir sözlə, xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimizlə əlaqələrin yeni dövrə qədəm qoyması milli dövlətçiliyimiz baxımından müasir həyatımızın ən vacib və son dərəcə mühüm olan bir sahəsidir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər