Ru
09:17 / 26 Noyabr 2020

Prezident sarayında Maradona ilə vida mərasimi keçiriləcək

1172
Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə vida etmək istəyənlərin qəbulu saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çox sayda insan toplaşıb.

Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər