Ru
21:29 / 03 Mart 2021

Dilavər Əzimli dəfn olundu FOTOLAR

1857
Bu gün vəfat edən tanınmış tarixçi alim Dilavər Əzimli dəfn olunub.

"BakuPost" xəbər verir ki, o, doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər