Ru
09:48 / 24 May 2019

DİN-dən ƏMƏLİYYAT - “Qədim” ləqəbli narkotacir tutuldu

2614
Sabunçu rayonunda ictimai-asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.


DİN-dən Bakupost-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.


H.Vəlizadə ifadəsində narkotik vasitəni "Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanılıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan  heroin aşkar edilərək götürülüb. İ.Qədimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.


Faktla bağlı  saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 DİN-dən  ƏMƏLİYYAT - “Qədim” ləqəbli narkotacir tutuldu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər