Ru
13:03 / 21 Dekabr 2019

Bakıda futbolçunu 2 azyaşlı qız soyub - RƏSMİ

2443
Xəbər verdiyimiz kimi, “Zirə” futbol klubunun oyunçusu Mfo Kqasvane qarət edilib.

BakuPost məlumat verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.


Məlumatda deyilir: “Dekabrın 17-də polisə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər