Ru
13:04 / 12 İyul 2019

Azərbaycan məşhur həkim Fərman Ceyranlını axtarışa verdi - FOTO

3116
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

Bakupost xəbər verir ki, onun barəsində axtarış elan olunması barədə məlumat DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.


Məlumatda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib. 


Azərbaycan məşhur həkim Fərman Ceyranlını axtarışa verdi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər