Ru
16:02 / 21 May 2019

“Diqlas”da baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlara artıq təqdim olunub"

1775
Azərbaycan İqtisadiyyat Nazirliyi sahibkarlara öz əmlaklarını sığortalamağı tövsiyə edir. 


 

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.


Onun sözlərinə görə, "Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlıq subyektlərinə seçilmiş banklar vasitəsilə artıq təqdim olunub: "Onlara dəyən ziyanın inventarizasiyası başa çatdırılıb və hazırda istintaq prosesi davam edir. Biz istintaqın nəticəsini gözləməliyik".


Sahibkarların belə hallardan sığortalanmasına gəldikdə, S. Məmmədov qeyd edib ki, bu proseslər sığorta mexanizmləri ilə tənzimlənir və belə hallar baş verdikdə sığorta mexanizmləri isə düşür və sahibkarlıq subyektlərinə sığorta şirkətləri tərəfindən dəyən ziyan ödənilir.


"Sözsüz ki, Azərbaycanda bu sahədə də qanunvericilik əsasları mövcuddur və qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlarımıza tövsiyəmiz odur ki, öz əmlaklarını sığortalasınlar ki, gələcəkdə belə hallarla üzləşməsinlər", - deyə nazir müavini qeyd edib.(ONA)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər