Ru
12:07 / 26 Aprel 2019

“Diqlas”ın sökülməsiylə bağlı komissiya yaradıldı

1722

 

Bakıda yanan ticarət mərkəzinin sökülməsiylə bağlı müvafiq komissiya yaradılıb.


Bu barədə Nizami rayon İcra hakimiyyəti başçısının I müavini İldırım Mehdiyev bildirib. O, qeyd edib ki, İqtisadiyyat Nazirliyinin nəzarəti ilə ticarət mərkəzindəki bütün mallar boşaldılıb: "Hal-hazırda söküntü işlərinin həyata keçirilməsinə heç bir maneə yoxdur. İşi yubadan yalnız sahibkarlarla söküntü işlərini həyata keçirən şirkət arasında sənədləşmə işləridir ki, bu işi də mütləq ixtisaslaşmış şirkətlər həyata keçirə bilər. İcra Hakimiyyəti olaraq isə qurumun üzərinə düşən məsuliyyət ərazidə təhlükəsizlik tədbirlərini görmək,  sakinlərə narahatlıq yaratmadan ağır tonnajlı yük avtomobillərinin əraziyə rahat girib-çıxmasını təmin etməkdir”.


İ.Mehdiyev həmçinin qeyd edib ki, təhlükəsizlik qaydaları ilə bağlı artıq komissiya yaradılıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Yəhya Babanlı ONA-ya bildirib ki, "Diqlas”ın sökülməsi ilə bağlı dəqiq tarix bəllidir, növbəti həftənin əvvəli bu barədə rəsmi açıqlama veriləcək.


Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. (Ona.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər