Ru
17:55 / 05 May 2021

Direktor olmaq istəyənlərin nəzərinə

1482
Direktorların işə qəbulu üzrə müsahibələr 4 mərhələdə həyata keçiriləcək.

Bakupost.az-ın məlumatına görə, bu barədə direktorların işə qəbulu üzrə müsahibələrin keçirilməsi ilə bağlı təlimatda qeyd olunub. Məlumata əsasən, müsahibələrin təşkili zamanı namizədlərin seçdikləri ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı və namizədlərin nəticələri nəzərə alınıb.

Təlimata əsasən, 1-ci mərhələ şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələri üzrə keçiriləcək. Həmin müəssisələr üzrə 40 vakant yer olacaq, keçid balı isə 36-dır. İkinci mərhələ 500-1000 nəfər olan ümumi təhsil müəssisələri üzrə aparılacaq. Həmin müəssisələr üzrə 72 vakant yer ayrılacaq, keçid balı isə 30-dur. Üçüncü mərhələ şagird sayı 100-500 olan ümumi təhsil müəssisələri üzrə keçiriləcək. Həmin müəssisələr üzrə 323 vakant yer ayrılacaq, keçid balı isə 36-dır. Dördüncü mərhələ şagird sayı 2-100 nəfər olan ümumi təhsil müəssisələri üzrə keçiriləcək. Həmin müəssisələr üzrə 189 vakant yer ayrılacaq, keçid balı 24-dür.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər