Ru
22:00 / 17 Fevral 2019

Direktoru döyən aktyoru həbs gözləyir

3337
Məktəb direktorunu
döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.

 

BakuPost-un Musavat.com-a istinadən məlumatına görə, Rza Rzayevə Nizami rayon
Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin
221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq
etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.   Təqsirləndirilən şəxsin
əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə cəzası gözləyir.   İş baxılması üçün
aidiyyatı üzrə məhkəməyə göndərilib.   Xatırladaq ki, aktyor
Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun
müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.   Rzayevin direktoru
döyməsinə dair məlumatlar və görüntülər sosial şəbəkələrdə yayılmışdı.   Hadisə Nizami Rayon Məhkəməsinin
qarşısında baş vermişdi.   Bildirək ki, bir neçə
ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi
üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi.   Hadisə 220 nömrəli məktəb-liseydə
baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva
29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək,
ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin
bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.   Amma Zeynəb Rzayeva
bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim
edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə"
çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb
direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.   Bütün bu olanlar
direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi.   Bu qalmaqal məhkəmə
müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.   Məhkəmə iclasında
sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu
döyüb.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər