Ru
17:57 / 26 Noyabr 2020

"Disney" 32 min işçisini ixtisar edəcək

1765
ABŞ-ın "Walt Disney" korporasiyası 2021-ci ilin ilk yarısında koronavirus pandemiyasının yaratdığı çətinliklər səbəbindən parklar başda olmaqla 32 min işçini ixtisar edəcək.

Bu barədə şirklətin açıqlamasında deyilir.

Qeyd olunub ki, COVID-19 və yeni iş prinsiplərinin təsiri səbəbindən "Walt Disney" strateji əhəmiyyətli vəzifələr də daxil olmaqla, yeni işçilərin işə götürülməsini məhdudlaşdırmaq və işçi qüvvəsini azaltmaq məcburiyyətində qalıb.

"Bu fəaliyyətlərin bir hissəsi olaraq, təxminən 32 min işçi 2021-ci maliyyə ilinin ilk yarısında, əsasən "Parks" və "Experiences and Products" bölmələrində işlərini dayandıracaq", - məlumatda deyilir. Bundan əlavə, 3 oktyabr 2020-ci il tarixinədək təxminən 37 min "Walt Disney" işçisinin ödənişsiz məzuniyyətdə olduğu qeyd edilir.

Şirkətin işçi heyətinin ümumi sayı təxminən 203 min nəfərdir. Göründüyü kimi, işçilərin 15%-dən çoxu ixtisar ediləcək.

Xatırladaq ki, ABŞ-ın "The Walt Disney Company" korporasiyası 1923-cü ildə rəssam-multiplikator Uolt Disney tərəfindən təsis edilib. ABŞ-ın ən böyük şirkətlərindən biridir sayılan "Disney" əyləncə sənayesinin dünya liderlərindən biridir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər